Ailə psixoterapiyası
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Dejavu, əksər insanlara tanış olan, cari anın və yaşananların qeyri-müəyyən keçmişdə artıq baş vermiş kimi hiss edilməsi halıdır. Bu fenomenə dair nəzəri müzakirələr XIX əsrin sonlarında fransız fəlsəfi jurnallarında başlamış, S.Kyerkeqor, F.Nitşe kimi filosoflar tərəfindən inkişaf etdirilmişdir. Sonralar Z.Freyd, V.Benjamin və digər tədqiqatçılar bu mövzuya müraciət etmişlər. Müasir dövrdə dejavu anlayışı klinik çərçivədən çıxaraq daha geniş mədəni kontekstdə qiymətləndirilir. Kütləvi informasiya vasitələri, internet və virtual aləm insanın özünüdərkinə təsir edərək "artıq görülmüş" hissinin formalaşmasında rol oynayır. Dejavunun təbiətinə dair iki əsas yanaşma mövcuddur:
- Psixoanalitik yanaşma: Freyd və davamçıları dejavunu şüursuz sıxışdırılmış fantaziyalara, xüsusilə ensestual arzulara qarşı psixoloji müdafiə mexanizmi kimi izah edirlər. Bu yanaşmaya görə, dejavu zamanı "artıq yaşanmış" hissi əslində heç vaxt şüurlu olmamış, lakin şüursuzda mövcud olan təcrübələrin aktuallaşmasıdır. N.Hotornun əsərindəki dejavu təcrübəsi buna misal göstərilir.
- Tibbi-Psixiatrik yanaşma: Dejavu orqanik səbəblərlə, xüsusilə gicgah epilepsiyası ilə əlaqələndirilir. Bu yanaşmaya görə, dejavu beynin müəyyən nahiyələrində, xüsusən hippokampusda baş verən pozuntular nəticəsində yaranır və bəzən depersonalizasiya, derealizasiya əlamətləri ilə müşayiət oluna bilər.
Psixiatrik ədəbiyyatda dejavu fenomeni nisbətən az işıqlandırılmış, daha çox bədii ədəbiyyatda ətraflı təsvir edilmişdir. Ç.Dikkens, V.Skott, İ.Qonçarov, C.Heller kimi yazıçılar öz əsərlərində bu fenomenin müxtəlif aspektlərini, o cümlədən reenkarnasiya və yuxularla əlaqəsini qələmə almışlar. Beləliklə, dejavu həm psixoloji müdafiə mexanizmi, həm də orqanik beyin proseslərinin nəticəsi kimi qiymətləndirilə bilən mürəkkəb psixi hadisədir.
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.
Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir
Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.
Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.
Direktor
Uşaq ve yeniyetmələr üzrə psixoloq